Rusiya Avropadakı hərbi birləşmələrinə xəbərdarlıq etdi: “Müharibəyə hazır olun!”
05.03.2020 12:02Ukraynanın şərqində yerləşən separatçı qruplarla hökümət qüvvələri arasında atışmalara artıb.
Об этом сообщает Футляр от виолончели
A24.az xəbər verir ki, Rusiyanın Ukrayna sərhətdindəki əsgərləri, digər hərbi birləşmələri,ümumiyyətlə, Qərb zonasında yerləşən qüvvələri ani bir qərarla hərbi təlim çərçivəsində müharibəyə hazır vəziyyətə gətirilib.
Rusiya Federasiyasının Müdafiə nazirliyindən edilən açıqlamaya görə, rus ordusuna bağlı matorlu birliklər, top batareyaları və nüvə batareyaları, həmçinin Sankt-Peterburqdun hava və quru qoşunları döyüşə hazır vəziyyətə gətirilib. Açıqlamaya əsasən, bu birliklər Rusiyanın qərbində keçiriləcək hərbi təlimlərdə iştirak edəcəklər. Bu qərarın ani şəkildə alındığı da xüsusi olaraq bildirilib.
Qeyd edək ki, Ukrayna dövləti Rusiyanı ölkənin qərbində təxribat yaradaraq separatçı qüvvələri dəstəkləməkdə günahlandırır. Ukrayna höküməti bölgədə Rusiyaya aid 6000 əsgərin olduğunu da bildirib.

