Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya Azərbaycanı niyə sevmir? – 7 səbəbi siz də bilin

05.03.2020 12:02

“Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin sədr müavini Nazim Cəfərsoy Azərbaycanın Rusiyadan necə bir ölkə kimi göründüyünü şərh edib.

Об этом сообщает Футляр от виолончели

Cəfərsoyun sözlərinə görə,  Kremldən Azəraycana  baxan rus analitik bunları görür:

  1. Azərbaycan son 15 ildə hərbi bazalarının müddətini uzadan və yeni bazalar açan Rusiyanın hərbi bazasını bağlayan yeganə ölkədir. Rəsmi Bakı Rus ordusunun sülhməramlı adıyla Qarabağ məsələsini bəhanə edərək, ölkəyə dönməsinə də müqavimət göstərir

2. Azərbaycan Kollektiv Tehlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmağa dair Moskvanın çagırışlarına müsbət cavab vermir. Bu bəs eləmirmiş kimi, Azərbaycanın Qazaxıstan və Belarusiya ilə qurduğu münasibətlər bu təşkilat içərisində çat yaradıb.

3. Azərbaycan Rusiyanın Avrasiya İqtisadi Birliyinə üzv olmaq dəvətlərini qəbul etmir.

4. Azərbaycan Rusiyanın özünə alternativ enerji layihələri hesab etdiyi və narahatlıq hiss etdiyi Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərlərinin TANAP-ın və bənzər layihələrin həyata keçməsində əsas strateji rolu oynayır. Üstəlik, SOCAR Gürcüstan, Türkiyə, Yunanıstan ve bəzi Şərqi Avropa ölkələrinin enerji sektorunda Rus şirkətlərinə ciddi maneə yaradan rəqib olur.

5. Azərbaycan mahiyyətcə Rusiyaya alternativ olan Dəmir İpək yolunun həyata keçməsində Bakı-Qars dəmiryolu ilə öz strateji rolunu oynamağa davam edir.

6. Azərbaycan MDB məkanında Rusiyanın inteqrasiya modeli olmayan Türk Şurasının da aktiv üzvlərindəndir.

7. Son xəbərlərə görə, Azərbaycan ermənipərəst mövqeyi olan Rus diplomatının Bakıda səfir olmasını istəmədiyini bəyan edib.