Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Rusiya bu hərəkəti ilə bir böv Türkiyəni cəzalandırdı” – AÇIQLAMALAR

05.03.2020 12:02

“Rusiya bu hərəkəti ilə Türkiyəni Suriyada qabağa getdiyinə görə cəzalandırıb”.

Об этом сообщает Футляр от виолончели

Bu sözləri A24.Az-a açıqlamasında politoloq Qabil Hüseynli ötən gün Rusiya pilotunun səhvən türk əsgərlərinin olduğunu binanı qırıcı təyyarə ilə vurmasını şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Putin baş sağlığı verməklə sadəcə baş verə biləcək hər hansı neqativ hadisəni qabaqlamış oldu:

“Putin ağıllı siyasət işlədərək həmin an telefon zəngi etməklə hər şeyin üstünü malalamış oldu. Əslində isə müharibə zamanı belə hallar baş verə bilər. Çünki həm Türkiyə, həm də Rusiya müharibə şəraitində olan ölkələrdir. Baş verən dünənki hadisə bu səbəbdən də iki ölkə arasındakı münasibətlərə mənfi təsir etməyəcək”.

Rusiyanın üzr istəməsi məsələsinə toxunan politoloq bunun heç bir halda baş verməyəcini bildirib:

“Rusiya özü böyük bir dövlətdir. Türkiyə isə ondan kiçik olan bir ölkədir. Bu xoşagəlməz hadisə pilotun səhv addımı nəticəsində olub. Heç bir ölkə bu məsələsini böyüdüb, özü üçün geniş miqyaslı bir problemə çevirməyəcək. Türkiyə özü də istəməz ki, Rusiya ilə münasibətləri korlasın. Çünki Türkiyə Suriyada olan maraqlarını Rusiyanın köməyi olmadan həyata keçirə bilməyəcək”.

“Türkiyə Rusiya münasibətləri zahirən normal görünsə də, daxili vəziyyət heç də ürək açan deyil”

“Ərdoğan Türkiyə xarici siyasətini o qədər  qatıb-qarışdırıb ki, qərbdən uzaqlaşıb, Rusiyaya sığınıb. Ona görə də Rusiya ilə münasibətlərin yenidən pozulmasına heç cür razı olmayacaq. Rusiya qırıcısının səhvən türk əsgərlərini vurmasını Türkiyənin əvvəlcə etdiyi hərəkətə cavab olaraq qiymətləndirmək səhv olardı. Fikrimcə, Rusiya bu hərəkəti ilə Türkiyəni Suriyada bir az qabağa getdiyinə görə cəzalandırıb. Onsuzda indi Ərbabda Suriya ilə Türkiyə qoşunları burun-buruna dayanıblar. Əsgərlərin də vurulması Türkiyəyə bir xəbərdarlıqdır ki, Bəşər Əsəd rejiminə toxunma, Əsəd qoşunları ilə qarşı – qarşıya gəlmə. Ərbaba kimin qoşunları girsə, o ərazini birinci o götürəcək.

Rusiyada çalışır ki, Türkiyədə olan Suriya azadlıq ordusu Ərbaba birinci girməsin, ilk olaraq ora Əsəd qoşunları girsin. Rusiya gizlətmir ki, Suriyada hökmranlığı tək başına ələ keçirmək istəyir. Buna görə, Rusiya ilə İran arasında da ciddi qarşıdurmalar var. Hətta İranın Rusiyadan xəlvət Əsədi devirib, onun qardaşı Mahir Əsədi hakmiyyətə gətirmək planı olub. Bunun qarşısını ruslar vaxtında alıblar. Hazırda Rusiya İran münasibətləri Suriyada elə də yüksək səviyyədə deyil. Əslinə baxsaq, Türkiyə Rusiya münasibətləri də zahirən normal görünsə də, daxili vəziyyət heç də ürəkaçan deyil. Suriyanın sabahı haqqında hər iki ölkənin fərqli planları, startegiyaları var. Rusiyanın hazırki istəyi təkbaşına Suriyaya, daha sonra İraqa yiyələnməkdir. Amerikanın yeni prezidenti hələki İranı təhdid etməklə məşğuldur. Ortada isə ABŞ-ın gördüyü heç bir iş yoxdur. Rusiya isə oturduğu yerdən öz siyasətini davam etdirir. Rusiya fəaliyyətdədir, mövqelərini möhkəmləndirir. Zənnimcə, super güc adlanan dövlət məhz bu cür davranmalıdır”, – deyə politoloq əlavə edib.

“Türkiyə Rusiyadan üzr istəməyi tələb edə bilər, amma…”- Zərdüşt Əlizadə

Məsələyə münasibət bildirən siyasi şərhçi Zərdüşt Əlizadə A24.Az-a açıqlamasında Rusiya pilotunun səhvən Türkiyə əsgərlərini vurmasının iki dövlət arasındakı münasibətlərə heç bir təsiri olmayacağına diqqət çəkib:

“Münasibətlərin dəyişməsindən və ya gərginləşməsindən söhbət belə gedə bilməz. Üzr istəmək məsələsinə gəlincə, əgər Türkiyə istəsə, Rusiyadan bunu tələb edə bilər. Ancaq düşünmürəm ki, Türkiyə üzr istəmək məsələsini önə çəksin. Hər iki dövlətin yetəri qədər problemi var. Yenidən münasibətləri korlamaq Türkiyə üçün heç də müsbət nəticə verməyəcək. İlk dəfə helikopter vurulanda hansı hadisələrin baş verdiyi Türkiyə çox yaxşı gördü. Bu səbəbdən də, hansısa problem olacağını düşünmürəm”.

“Türkiyə birinci dəfə Rusiya təyyarəsini vuranda iki dövlət arasında münasibətlərin gərginləşməsi Azərbaycana təsir etməmişdi. İndi də heç nə olan deyil”, – deyə Z.Əlizadə əlavə edib.

Xatırladaq ki, dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının verdiyi məlumata görə, Rusiyaya məxsus hərbi təyyarə Suriya ərazisində türk hərbiçilərin olduğu binanı bombardman edib. Hadisə nəticəsində 3 əsgər həlak olub, 11-i yaralanıb. Məlumatda həmçinin, hadisənin pilotun səhvi ucbatından baş verdiyi də bildirilir.

Orxan Aslanlı