Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Rusiya da başa düşməlidir ki, Azərbaycan tək deyil, arxasında güclü müttəfiqləri var” – Soçi görüşməsindəki müzakirələr niyə indi açıqlanır? – ŞƏRH

05.03.2020 12:02

“Rusiya da başa düşməlidir ki, Azərbaycan tək deyil, onun güclü müttəfiqləri və Azərbaycanı dəstəkləyən Türkiyə kimi ölkə var”.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, bu sözləri Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Ərdoğanın Soçi görüşündə müzakirə etdiyi Dağlıq Qarabağla bağlı Putinin açıqlamasını şərh edərkən bildirib:

“Əvvəla onu qeyd edim ki, Ərdoğan sözünü yerinə yetirib. Hələ görüş ərəfəsində bəyan etmişdi ki, rus həmkarım ilə təkbətək görüş zamanı Dağlıq Qarabağ problemini qaldıracaq və bu məsələni ciddi şəkildə Putinlə müzakirə edəcək. Düzdür, orda bir sıra incə məqamlar pərdə arxasında qaldı. Amma Ərdoğanın bəyanatından belə çıxır ki, Ermənistanla Azərbaycan arasındakı münasibətlər o qədər mürəkkəb və incədir ki, guya bu iki ölkə bir araya gəlməli və Dağlıq Qarabağ məsələsini özləri həll etməlidir. Guya biz bunların hər bir qərarı ilə razılaşa bilərik. Bu, Putinin çoxdankı bəyanatlarıdır. Bir sıra bəyanatlarla Lavrov da çıxış edib.

Elə bu dəfə də görünür o, Ərdoğana bəyan edib ki, məsələ asanlıqla həll olunan bir məsələ deyil. Burda bir sıra məqamlar, problemlər və gündəmdə çətin məsələlər var. Bu iki ölkə öz aralarında həmin məsələləri həll etməlidir. Amma halbuki, bundan əlavə Soçidə bir sıra mühüm və incə məsələlər də müzakirə olunub. Hesab edirəm ki, Ərdoğan bizim mövqeyimizi Soçidə səsləndirib.  Çünki bizim mövqelərimiz üst-üstə düşən mövqelərdir. Özü-özülüyündə Dağlıq Qarabağ probleminin qaldırılmasını, Putinlə müzakirə etməsini, əlbəttə ki, müsbət amil kimi  qiymətləndirmək olar. Rusiya da başa düşməlidir ki, Azərbaycan tək deyil, onun güclü müttəfiqləri və Azərbaycanı dəstəkləyən Türkiyə kimi ölkə var.

Amma təbii ki, bir görüşlə uzun illər ərzində davam edən məsələ həll olunmur və bircə Soçi görüşü ilə həll olunmamalı idi. Düşünürəm ki, Ərdoğan bu məsələdə bundan sonra Azərbaycanın mövqeyini müxtəlif meydançalarda gündəmə gətirmək fikrindədirsə, bu kimi siyasi addımları davam etməlidir”.

-Niyə Soçi görüşməsindəki Dağlıq Qarabağla bağlı müzakirələr indi açıqlanır?

-Görünür, bu o qədər həssas məsələdir ki, əvvəlcədən razılığa gələrək danışıqların yayılmamasına qərar veriblər. Yəni məsələni ön plana çəkməmək və görüşün ancaq Dağlıq Qarabağ probleminə həsr olunduğu kimi təəssüratın yaranmaması üçündür. Çünki görüşdə bir sıra mühüm məsələlər də müzakirə edilib: Yaxın Şərq, terrorizmlə mübarizə, Suriya böhranı və sairə. Onlar hesab edib ki, əgər Qarabağla bağlı bəyənatla çıxış etsəydilər, əsas məsələlər arxa plana çəkilə bilərdi. Amma əlbəttə ki, bu düzgün deyil. Çünki Dağlıq Qarabağ problemi heç də digər problemlərdən əksik deyil və uzun illər ərzində davam edən Ermənistanın işğalçı siyasəti ciddi şəkildə müzakirə olunmalı və bu haqda da geniş məlumat verilməli idi.

-Sizcə, son zamanlar Rusiyanın həyata keçirtdiyi silah satışları, Azərbaycanın da silah tədarükü görməsi, bununla yanaşı Ərdoğanın açıqlaması Dağlıq Qarabağın sülh yolu ilə deyil, müharibə ilə qaytarılmasına işarədir?

-Mənə elə gəlir ki, hər bir problem, o cümlədən Dağlıq Qarabağ problemi müxtəlif yollarla həll olunmalıdır. Burda həm diplomatik-siyasi, yüksək səviyyədə keçirilən görüşlər, həm də hərbi gücün tətbiq edilməsi əsas vasitələrdir. Problemin müzakirəsində müxtəlif yolların istifadəsi biz tərəfdən açıq şəkildə hüquqa əsaslanır, çünki torpaqlarımız işğal altındadır.

Bir sıra siyasətçilərlə razılaşmaq olar ki, təkcə danışıqlar vasitəsiylə məsələ həll olunmur. Amma bilirsiniz bunlar nəzəri bəyənatlardır. Əslində biz dəfələrlə çalışmışıq və bir sıra nəticələr də əldə etmişik. Aprel döyüşləri bunun bariz sübutudur. Bizim buna iradəmiz də var, gücümüz də…. Əgər biz bunu etməsəydik və uzun illər ancaq danışıqlarla məşğul olsaydıq, əlbəttə ki, vəziyyət bəlkə də tamam başqa istiqamətdə gedə bilərdi. Aydındır ki, bəzi qüvvələr bunu ört-basdır etmək istəyir. Bu haqda ümumiyyətlə danışmaq, müzakirə etmək belə istəmir. Amma biz bunu neçə illərdir qaynar vəziyyətdə saxlayırıq və bütün vasitələrdən istifadə edirik. Sağ olsun Türkiyə ki, Ermənistanla nə diplomatik münasibətlər qurur, nə də sərhədləri açır. Əlbəttə bunu etmək lazımdır, çünki elə bizim bu siyasətimizin nəticəsində Ermənistan blokadaya düşüb. Bütün layihələrdən məhrum olan, yoxsul vəziyyətdə yaşayan, ölkəni faktiki olaraq kütləvi şəkildə tərk edən vətəndaşlar indiki Ermənistanın mənzərəsidir. Bəlkə də bu mənzərənin gündəmə gəlməsi bizim siyasətimizin nəticəsidir. Çünki biz onları belə bir vəziyyətə salmışıq.

Türkiyə bizə qardaş olan bir dövlətdir və bundan sonra da bu vasitələrdən istifadə etməlidir. Danışıqlardan imtina etməməklə, bundan sonra da gücümüzü vaxtaşırı nümayiş etdirməliyik. Mənə elə gəlir ki, Aprel döyüşləri kimi biz vaxtaşırı Ermənistana nümayiş etdirməliyik ki, biz bu problemi güc vasitəsiylə hər an həll edə bilərik. Bu reallıqdır, siyasi addımlardır və beynəlxalq münasibətlər tarixində belə hallar tez-tez olur. Yəni əgər kimsə bunu yaddan çıxarıbsa, görünür bu insanlara və ya siyasətçilərə bunu xatırlatmaq lazımdır.

Qeyd edək ki, Soçidəki görüşlə bağlı açıqlama verən Ərdoğan “Cənab Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Rusiyanın Ermənistana təsiri var. Yeddi rayondan beşi ilə bağlı daha əvvəl qəbul olunan qərar var. Bu qərarların icra olunmasının zəruriliyini qeyd etdik. Cənab Putin bunun mümkün olduğunu hesab edir, lakin, fikrimcə, çox da ümidli deyil. Məncə, bu tərəflər arasındakı münasibətlərlə əlaqədardır”, – deyə qeyd edib.

Firuzə Alimova / A24.az