Azərbaycanda inhisarçılar var ki, 30 min hektar torpaq sahəsinə sahibdirlər – Xalq harda, nə əkir?
05.03.2020 12:02Rusiya Dövlət Dumasına Rusiyanın bütün ərazisində torpaqların pulsuz verilməsi haqqında qanun layihəsi daxil olub. Rusiya artıq öz əhalisini əkib-becərmək üçün həvəsləndirməyə başlayır. Bəs Azərbaycanda necə?
Об этом сообщает Роспрес
Neft sektoru artıq geriləyir. Dolların qalxması ilə manat zəiflədi. Azərbaycan kimi münbit torpaq ehtiyyatları olan ölkə gündəlik istifadə edilən kənd təsərrüfatı məhsullarını xaricdən idxal edir. Halbuki Azərbaycanın kifayət qədər imkanı var. Bu məhsulları yetişdirib həm daxili tələbatını ödəyə, həm də ixrac edə bilər. Bu gün kəndlərdə demək olar ki, əkib-becərən çox azdır. Camaat şəraitsizlikdən böyük şəhərlərə axışıb, fəhlə işləyir. Şərait yaradılsa, gedib əkib becərməzmi?
Torpaq kəndlinin özünə aid olmalıdır
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov A24.Az-a açıqlamasında qeyd etdi ki, əhalinin əkib becərməsində ilk növbədə dövlət maraqlı olmalıdır. “Bələdiyyə və dövlət mülkiyyətində olan torpaqların kənddə yaşayan əhaliyə paylanmalı olduğunu təklif etmişdik. Kəndlinin öz torpağı olmalıdır ki, rahat şəkildə əkib becərə bilsin, investisiya qoysun, biznes gəliri olsun. Dövlət mülkiyyətində olan torpaqdan səmərəli istifadə etmək mümkün deyil. Azərbaycanda xüsusi mülkiyyətdə olan torpaq sahələri və bu sahəyə investisiya qoyanların sayı azdır”.
Bu gün Azərbaycanda 1 milyon 600 min hektar torpaq sahəsi xüsusi, 1milyon hektara yaxın torpaq sahəsi bələdiyyə, qalan torpaqlar isə dövlət mülkiyyətindədir.
Həm nazir olasan, həm də ferman ola
Ekspertin sözlərinə görə, Azərbaycanda elə torpaq inhisarçıları var ki, 30 min hektar torpaq sahəsinə sahibdirlər. Bəzi dövlət məmurları həm vəzifədədirlər, həm də öllkədəki torpaq sahələrini müəyyən yollarla ələ keçiriblər. Gördükləri işin isə səmərəsi yoxdur. Həm nazir olasan, həm də ferman ola. Torpaqdan kim istifadə edəcəksə, ona verilməlidir. Torpaq kəndli, fermer, ərazidə yaşayan əhalinindir. Dövlət torpaq verməklə canını qurtarmamalıdır. Torpağın səmərəli istifadə edilməsi üçün ucuz kredit resursları, istehsal vasitələri, su təminatı məsələləri həll edilməlidir. Dövlət kəndliyə 16 sot pay verib. Kəndli burdan nə götürsün? Kiçik torpaq sahəsidir, burada ancaq əl əməyindən istifadə etmək olar”.
Vüsalə Əlövsətqızı

