Rusiya hərbçisi Ermənistanda öldürüldü
05.03.2020 12:02Rusiyanın Ermənistandakı bazasının hərbçisi Gümrü şəhərində qətlə yetirilib.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Rusiyanın Gümrüdəki 102 saylı bazası yaxınlığındakı mağaza qarşısında hərbçi meyiti aşkar olunub. Meyitin Dmirti Yalpayevə məxsus olduğu bildirilir.
Polisin məlumatına görə, cəsədin üzərində ekspertiza aparılarkən onun kəsici-deşici alətlə öldürüldüyü məlum olub. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı cinayət işi qaldırılıb.

