Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya hökuməti messencerlərdən istifadə ilə bağlı qərar verəcək

05.03.2020 12:02

İnformasiya siyasəti üzrə Rusiya Dövlət Dumasının komitəsi messencerlərdə anonimliyin qadağan edilməsi barədə qanunun ikinci oxunuşda qəbul edilməsini təklif edib.

Об этом сообщает Руспрес

Saytımızın məlumatına görə, sənədə edilən 7 dəyişiklikdən birinə əsasən messencerlər hökumət tərəfindən müəyyən olunan hallarda istifadəçilərin elektron ismarışlarını göndərməyəcəklər.

Sənəddə bunun hansı hallarda həyata keçiriləcəyi dəqiqiləşdirilməyib.

İnformasiya siyasəti üzrə komitədən BBC-ə verilən açıqlamada hökumətin konkret hallarla bağlı qərar çıxara biləcəyi bildirilib.

O, bunu mitinqlərin keçirilməsinin məhdudlaşdırılması və futbol üzrə Konfederasiya Kuboku üzrə yarış zamanı spirtli içkinin satışıyla müqayisə edib.

Qalan hallarda isə belə fəaliyyətlərə qanunvericilik qadağaları yoxdur.

Dövlət Dumasının profil komitəsinin nümayəndəsi Leonid Levin BBC-yə müsahibəsində söhbətin qanuna zidd məzmunlu kütləvi materialların, xüsuslə spamların ötürülməsindən getdiyini bildirib.

Onun sözlərinə görə, hökumət spamın hüquqi tərəflərini müəyyən etməlidir.