“Rusiya ilə sərhəddə sıxlıq yoxdur” – Gömrük Komitəsi
05.03.2020 12:02Dövlət Gömrük Komitəsi (DGK) bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan-Rusiya Federasiyası sərhədində avtomobillərin sıxlığının yaranmasına dair yayılan məlumatlara aydınlıq gətirib.
DGK-nın mətbuat xidmətindən A24.Az-a verilən xəbərə görə, həmin məlumatlar həqiqətə uyğun deyil.
“27-28 avqust tarixlərində Rusiya Federasiyası ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqələrində avtomobillərin sıxlığı müşahidə olunmayıb. Qeyd edilən tarixlərdə bütün nəqliyyat vasitələrinin qanunvericiliyə uyğun olaraq maneəsiz şəkildə sərhədi keçmələri təmin edilib və hazırda da Rusiya Federasiyası ilə sərhəddə yerləşən gömrük-keçid məntəqələri gündəlik iş rejimində fəaliyyət göstərir”,- komitənin məlumatında deyilir.
Об этом сообщает Роспрес

