Rusiya konqresimizdən Lapşinin qisasını alır? Ayaz Mütəllibov cavab tapa bilmədi
05.03.2020 12:02“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv olunması ilə bağlı dünən keçiriləcək məhkəmə işi təxirə salınıb. Səbəb də o gətirildi ki, həmin vaxt başqa bir yerdə məhkəmə prosesi gedib. Ona görə də növbəti məhkəmənin vaxtı aprelin 25-nə təyin olunub”.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bunu mətbuatda ÜAK-ın icraçı katibi İlqar Hacıyev deyib. İcraçı katib bildirib ki, növbəti məhkəmədən gözləntiləri daha çoxdur:
“Ümid edirik ki, aprelin 25-nə təyin olunan məhkəmə prosesində ÜAK-ın qeydiyyat məsələsi həll olunacaq və biz əvvəlki qaydada işimizə davam edəcəyik. Onu da deyim ki, ÜAK-ın fəaliyyətini gözü götürməyənlər çoxdur”.
Mətbuatda gedən informasiyalara görə, Rusiyada ÜAK-ın ləğv etməklə, həbs edilmiş Aleksandr Lapşinin qisasını alır.
A24.Az ÜAK-ın ləğv edilmə prosesi ilə əlaqədar Azərbaycanın ilk sabiq prezidenti Ayaz Mütəllibovla əlaqə saxlayıb.
Sabiq prezident açıqlamasında bildirib ki, bu məsələyə münasibət bildirmək onun üçün çox çətindir:
“Çünki əvvəla heç bilmirəm ki, son vaxtlar mətbuatda nə olub nə olmayıb. Ona görə də nəyisə şərh etməkdə çətinlik çəkirəm. ÜAK-ın ləğvi məsələsinə gəlincə, ÜAK Moskvada olan azərbaycanlıların konqrensidi. Moskvanın daxili problemi olduqdca çoxdur. Ola bilsin bu səbəbdəndir”.
“O, A.Lapşin də heç bilmirəm kimdi, nəçidir. Ona görə də deyə bilmərəm ki, ÜAK-ın ləğv ediləcəyinin onunla bir əlaqəsi var və ya yox”, – deyə A.Mütəllibov əlavə edib.
Orxan Aslanlı

