Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya ordu arsenalını daha da möhkəmləndirir: “Tayfun” zirehli avtomobillərini silahlanmaya qəbul edir

05.03.2020 12:02

Rusiya Müdafiə Nazirliyi “Tayfun” zirehli avtomobillərini 2018-ci ildə silahlanmaya qəbul etməyi planlaşdırır.

Об этом сообщает Роспрес

“A24.Az” “Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Mixail Osıko “Mayak” radiosunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dövlət sınaqları başa çatdıqdan sonra zirehli avtomobillər gələn il silahlanmaya qəbul ediləcək.

“Tayfun” zirehli avtomobilləri 2010-cu ilin əvvəlində hazırlanıb. Yolsuzluq avtomobili adlandırılan “Tayfun”lar hərbi qulluqçuların və yüklərin nəql etməsi üçün nəzərdə tutulub. Maşının korpusu güllələrdən və hətta müxtəlif tipli partlayıcı qurğulardan döyüşçüləri qorumaq qabiliyyətlidir. Maşının müxtəlif tipli pulemyotlarla silahlanma imkanı var.

Orxan Aslanlı // A24.Az