Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya pomidoru Azərbaycandan alacaq: “…çox keyfiyyətlidir”

05.03.2020 12:03

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin pomidor ixrac edən 14 azərbaycanlı şirkətin pomidor bazarına girməsinə icazə verildiyini bildirib.

Об этом сообщает Роспрес

Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir açıqlaması zamanı “Azərbaycan pomidoru çox keyfiyyətlidir” sözlərini də qeyd edib.

Beləliklə, Azərbaycan İxracat və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Rusiya İxracat Mərkəzi (RİM) arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Bundan başqa Azərbaycanın daha 4 şirkəti rus şirkətləri ilə iş birliyinə imza atıb.

Yeni işbirliyi ilə bağlı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev mətbuata açıqlama verib:

“Bu günə qədər Rusiya şirkətləri Azərbaycana 3 milyard 700 milyon dollar, Azərbaycan şirkətləri isə Rusiyaya 1 milyard dollardan çox sərmayə qoyub. Həmçinin Azərbaycanda 700-dən çox rus şirkəti uğurla fəaliyyət göstərir”.

Rusiyalı nazir isə “ötən həftə pomidor ixrac edən 14 Azərbaycan şirkətinə Rusiya bazarına daxil olmaq üçün izin verildi. Bu şirkətlər illik 60 min ton pomidor ixrac etmə gücünə sahibdir. Azərbaycan pomidoru çox keyfiyyətlidir. Aradakı maneələri götürmək üçün işləməyə davam edəcəyik” ifadələrini işlədib.

Firuzə Alimova / MTM