Rusiya “Star Wars” filmindəki geyimləri əsgərləri üçün yaratdı
05.03.2020 12:03Rusiya kino tarixinin bəlkə də ən sevilən seriallarından olan “Star Wars”dakı (Ulduzların müharibəsi) “Stormtrooper” birliklərini geridə qoymayan yeni zirehli geyimlərini nümayiş etdirib.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyənin NTV sosial mediasından əldə etdiyi məlumata görə, əsgərin bütün bədənini əhatə edən və təhlükələrdən qoruyan zirehli geyimlər qara rəngdədir. Motosiklet kaskına bənzəyən kaskla birlikdə bütün bədəni qoruyan zirehli geyim ölkənin paytaxtı Moskvada Milli Elm və Texnologiya Universitetində təşkil olunan sərgidə təqdim edilib.
Zirehli geyimi geyinən əsgərin başına taxdığı kaskasında görməsi üçün yaradılan qara şüşə əslində ekron rolunu oynayır. Həmin ekrandan istifadə edən əsgər drone vasitəsi ilə əldə edilən bütün görüntüləri anbaan izləyə bilir.
Firuzə Alimova

