Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya Türkiyəyə öldürücü silahlar göndərir – NATO-da gərginlik

05.03.2020 12:03

Rusiya “S-400” lərin təslimatına hazırdır.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Rusiya Türkiyəyə satacağı “S-400” raketlərini hazırlayıb. Belə ki, Kommersant qəzetinə açıqlama verən Şuqayev raketləri evlənməyə hazır gəlinə bənzədib. O, “Türkiyəyə “S-400” satışı məsələsi xalq deyimi ilə desək “təslimə hazır gəlin” vəziyyətindədir.

Təbii ki, bu satış adi tüfəng satışı deyil, ciddi bir sistemdən bəhs edirik. Xüsusi məsələlər var. Buna görə də Ankara ilə Moskva qısa müddətdə razılaşacaq” deyib. Şuqayev ABŞ-ın məsələyə münasibətinə dair suala ” Okeandan o tərəfdəki dostlar Türkiyənin bu qərarına narazıdır.

Ancaq Türkiyə azad dövlətdir. Bir məhsulu alıb almamaq qərarını özü verir” cavabını verib. Qeyd edək ki, Şuqayev iki gün əvvəlki açıqlamasında ” Bu anlaşma Rusiyanın həm geopolitik, həm də stratejik mənfəətlərinə uyğundur. Bundan heç kimin şübhəsi olmasın” demişdi.

Bu məsələ isə NATO-da kifayət qədər əsəb gərginliyi yaradıb.

Vəsilə İbrahim