Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya üçün Trampın “tweet”ləri rəsmi açıqlamadır

05.03.2020 12:03

Kremlin sözçüsü Dimitriy Peskov ABŞ prezidenti Trampın “Twiter”dən verdiyi açıqlamarı “rəsmi” açıqlama olaraq dəyərləndirdiklərini bildirib.

Об этом сообщает Руспрес

Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, Peskov jurnalistlərə verdiyi açıqlamasında Rusiya prezidenti Vladimir Putinin “Twitter” hesabının olmadığını deyib.

Putinin “twitter”dən istifadə etmək istəmədiyini də qeyd edən Peskov “Kremlin media qurumlarında işləyənlər daxil olmaqla prezidentin də bunu edə biləcəyini düşünmürəm” deyə qeyd edib.

Davamlı olaraq “twitter”dən istifadə edən Trampın etdiyi paylaşımlarla bağlı şərh verməkdən yayınan Peskov “lakin Trampın rəsmi hesabından verdiyi bütün açıqlamaları rəsmi olaraq dəyərləndiririk və bu tvitləri Putinə çatdırırıq” deyib.

Həmçinin Peskov başqa ölkələrdəki siyasətçilərin tvitter paylaşımlarını da rəsmi açıqlama olaraq gördüklərini sözlərinə əlavə edib.

Firuzə Alimova / A24.az