Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya və ABŞ Suriyanın xəritəsini dəyişdi – 347 günlük BÖYÜK DƏYİŞİKLİK

05.03.2020 12:03

Bir ilə yaxın bir müddətdə Suriya xəritəsində baş verən dəyişiklik olduqca diqqətçəkən həddə çatıb.

Об этом сообщает Руспрес

“Liveuamap” müharibə və qarşıdurmaların nəticəsi olaraq dünyada baş vermiş dəyişikliklərin xəritə üzərində təsvirini hazırlayıb.

A24.Az 21 noyabr 2016-cı ildən bu günə kimi Suriyada baş verən 347 günlük xəritə dəyişikliklərilə sizi tanış edir.

Sürətləndirilmiş interaktiv xəritə şəklində hazırlanan bu analizdə Rusiya tərəfindən dəstəklənən rejim qüvvələri və xarici Şiə milislərlə ABŞ tərəfindən dəstəklənən PKK qüvvələrinin irəliləyişi diqqət çəkir.

Qırmızı: Rusiyanın dəstəklədiyi rejim qüvvələri və xarici milislər, Sarı: ABŞ-ın dəstəklədiyi PKK qüvvələri, Yaşıl: Müxalif qüvvələr

Rusiya, İran və Türkiyənin ortaq razılaşması Suriyada yaradılan “neytral zonalar” ilə rejimin böyük irəliləyiş əldə etdiyi düşünülür.

Bu müqavilə Rusiyanın rejim güclərinin yolunu açmaq üçün istifadə etdiyi bir taktika kimi qiymətləndirilir.

Bu müddətdə xəritədəki ən böyük iki dəyişikliyin ABŞ və Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən Xümsün şərqi, Deyr əz-Zor və Rakka bölgəsində baş verdiyi görünür.

Xəyalə Bünyatova // A24.Az