Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Rusiya və İran Türkiyə imtahanından 2 aldı

05.03.2020 12:03

Türkiyənin əlində 52 min nəfərlik bir “İŞİD”-lə əlaqəli şübhəli şəxslər siyahısı var. Reina qatilinin adı o siyahıda yox idi.

Об этом сообщает Руспрес

Bu günə qədər təxminən 2 min 700 adam gümrük polisləri tərəfindən, 4 mindən çox əcnəbi isə Türkiyə sərhəddində tutulub, ölkələrinə geri göndərilib. Ölkəyə qaçaq kimi gələn Maşaripov o siyahıda  yoxdur. Türkiyə İnterpola sorğu göndərsə də, “Maşaripovun heç bir siyahıda adı yoxdur …” cavabını alıb. Ancaq rəsmi Ankara Maşaripovun hekayəsinin izinə düşərək İnterpoldan məlumat almaqda israr edib.  İnterpol araşdırıb və “Özbəkistandan gəlib, 2011-ci ildən bəri Əl Qaidə, İŞİD kimi strukturlarla əlaqəsi olub” məlumatını Ankaraya bildirib.

Özbəkistanda o siyahı varsa, Rusiyanın bilməməsi qeyri-mümkün idi. Çünki Rusiya kəşfiyyatı xüsusilə də, sələfi radikal təşkilatlarla mübarizə mövzusunda köhnə Sovet ölkələri ilə ortaq bir kəşfiyyat birliyi qurub.

Özbəkistanı, Qırğızıstanı, Tacikistanı anladıq … Görünür, Rusiya Türkiyə ilə soyuq münasibətləri səbəbi ilə bu məlumatları paylaşmayıb. İllərdir eyni təşkilatların hədəfi olan Rusiyanın 2011-ci ildən indiyənədək qeydlərə keçmiş, Əfqanıstana, İraqa gedərək terror törədən bir caniyə aid məlumatları Ankara ilə paylaşmamasını necə qiymətləndirək?

Köhnə kommunist ölkələrini də qoyduq kənara! İran 2015-ci ildən nəzarətə götürüb, 1 ay müddətinə həbs etdiyi, üstəlik şiələri birbaşa hədəf alan təşkilatlarla əlaqəsi olan bir terrorçu haqqında məlumat vermək bir yana, onu Türkiyə sərhəddindən azad etməsi qonşuluq əlaqələriylə uyğun gələrmi?

Masharipov kimi  çox sayda cani, qaçaq gəldikləri Türkiyədə yaşamağa davam edir. Təəssüf ki, Rusiya, İran və “soydaş” ölkələr də eynilə Türkiyənin Qərb müttəfiqləri kimi terorla əməkdaşlıq mövzusunda imtahandan 2 aldı.

Mənbə/ Hürriyyət jurnalisti Deniz Zeyrek