Rusiyada ard-arda iki zəlzələ
05.03.2020 12:03Rusiyanın Kamçatka diyarı sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Об этом сообщает Роспрес
A24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərindən 161 km şimal-şərqdə qeydə alınıb. Sunami təhlükəsi elan edilməyib.
Bundan əvvəl dekabrın 23-ə keçən gecə Sakit okeanın Kamçatka sahillərində 5,1 və 6,4 bal gücündə daha iki zəlzələ qeydə alınıb.
Dağıntı və xəsarət qeydə alınmayıb.

