Rusiyada erməni iş adamı güllələnərək öldürüldü
05.03.2020 12:03Rusiyada erməni iş adamı güllələnərək öldürülüb.
Об этом сообщает Роспрес
A24.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Çelyabinsk vilayətində polis erməni iş adamı Kamo Harutyunyanı öldürən şəxsin axtarışına başlayıb.
Bildirilir ki, erməni iş adamı avqustun 29-da axşam saatların öldürülübş. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətə səbəb tərəflər arasında yaranan münaqişə olub. Qeyd edilir ki, hadisədən əvvəl 36 yaşlı Kamo Harutyunyan evin qarşısında naməlum bir şəxslə söhbət edib. Daha sonra tərəflər arasında münaqişə yaranıb.
Naməlum silahlı şəxs iş adamına atəş açaraq onu öldürüb və hadisə yerindən qaçıb.
Orxan Aslanlı // A24.Az

