Rusiyada ölən diaspor rəhbərinin oğlunun nəşi Azərbaycana gətirilir
05.03.2020 12:03Rusiyanın Samara vilayətində Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində baş verən bədbəxt hadisənin bəzi təfərrüatları məlum olub.
Об этом сообщает Руспрес
A24.Az APA-ya istinadən xəbər verir ki, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.
Azərbaycan diasporunun Samara vilayətindəki liderlərindən Məhəmməd Süleymanov mərhumun meyitinin müayinə olunduğunu deyib: “Bu gün mərhumun cəsədi dəfn olunmaq üçün Azərbaycana yola salınacaq”.

