Rusiyada saxta içkilərdən ölənlərin sayı artır
05.03.2020 12:03Rusiyanın bir sıra regionlarında alkoqollu içkilərdən ölüm halları aşkar edilib.
Об этом сообщает Футляр от виолончели
Saytımız Azadlıq Radiosuna istinadən bildirir ki, Rusiya İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin son günlər Krasnoyarsk, Çuvaşiya, Orenburq, Kursk, Kaluqa və Moskva regionlarında alkoqollu içkilərdən onlarla adamın öldüyünü və ya xəstəxanaya düşdüyünü deyir.
O, metan spirtindən zəhərlənənlərin dəqiq sayını göstərməyib, amma ölənlərin sayının artdığını bildirib.
Saxta alkoqollu içkilərdən zəhərlənmə halları aşkar edilən regionlarda istintaq başlayıb.
Təkcə Krasnoyarskda saxta “Jack Daniel”viskisindən azı 11 nəfər ölüb.
Faktla bağlı 6 şübhəlinin saxlanıldığı bildirilir.

