Rusiyadan ABŞ-a sərt şəkildə XƏBƏRDARLIQ
05.03.2020 12:04
Rusiya Müdafiə Nazirliyi ABŞ-a Suriyada istifadə etdiyi minaatanlara görə xəbərdarlıq edib.
A24.Az Fars xəbər agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın Suriyanın şərqində YPG və PYD qüvvələri minaatanlardan istifadə edərək, hücum təşkil ediblər. Rusiya Müdafiə Nazirliyi ABŞ Administrasiyasını təhdid edərək, YPG və PYD-nin yenidən Suriya ordusuna hücum edəcəyi təqdirdə onları hədəfə alacağını bildirib.
Rusiya Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, Suriya kürdləri Suriya ordusunu Fıratın şərqindən top və hava topu ilə iki dəfə bombalayıblar.
Orxan Aslanlı
Об этом сообщает Роспрес

