Rusiyadan Azərbaycana gətirilən silahlar düşməni qorxuya saldı – Ermənistan ordu rəhbərliyi Tacikistana səfər etdi
05.03.2020 12:04Rusiya ilə Azərbaycan arasındakı hərbi-texniki əməkdaşlığa dair razılaşmaya əsasən iyunun 10-da ən yeni döyüş vasitələrinin növbəti hissəsi ölkəmizə çatırılıb. Məhz bu gün Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndələri digər dövlət rəsmiləri ilə ardıcıl görüşlər təşkil ediblər.
A24.Az-ın erməni mətbuatına istinadən məlumatına görə, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Movses Akopyan və müdafiə nazirliyinin nümayəndə heyəti iyunun 10-da Tacikistanla hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə etmək üçün həmin ölkəyə səfər ediblər. Xatırladaq ki, iyunun 14-də Tacikistan prezidenti Emomali Rəhman Ermənistana rəsmi səfər etmişdi. Səfər ərəfəsində Ermənistan Milli Məclisinə gələn Emomali Rəhman qeyd edib ki, hər iki ölkə (Tacikistan və Ermənistan) bütün sferalarda əməkdaşlığı dərinləşdirməlidir. Bundan başqa, iyunun 10-da Belarusun Hava Hücumundan Müdafiə komandanının müavini Ermənistana gəlib. Səfər çərçivəsində müxtəlif hərbi hissələrin ziyarət etmək və ikitərəfli danışıqların aparılması nəzərdə tutulub. Qeyd edək ki, Tacikistan, Belarus və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvüdür. Təşkilatın məqsədi üzv ölkələrin təhlükəsizliyinin təmin edilməsidir.
Об этом сообщает Роспрес

