Rusiyalı diplomatlar bundan sonra pulsuz üzə bilməyəcək
05.03.2020 12:04Nyu-York ştatının Oyster-Bey şəhər hakimiyyəti rusiyalı diplomatları çimərliklərə pulsuz giriş hüqundan məhrum edib.
Об этом сообщает Руспрес
Saytımızın “İnterfaks”a istinadən verdiyi məlumata görə, əvvəlki illərdə yerli administrasiya Russiyanın diplomatik nümayəndəliyinin əməkdaşlarına və onların ailələrinə hər yay 100 pulsuz buraxılış verirdi. Lakin indi onlar da digərləri kimi çimərliklərə daxil omaq üçün pul ödəməli olacaqlar.
Qeyd edək ki, Lonq Aylend adasında yerləşən Oyster-Bey şəhərində dörd böyük çimərlik var. Onların hər birinə giriş yerli sakinlər üçün 20, digərlər üçün 50-60 dollardı.
Yerli administrasiya onların qərarının federal hökumətdə baş verənlərlə heç bir əlaqəsi olmadığını iddia edir. (Trend.az)

