Rusiyalı hərbi ekspert erməniləri məyus etdi: “Azərbaycan silahlanmada çox üstündür”
05.03.2020 12:04Rusiyalı hərbi ekspert Aleksandr Xramçix Ermənistan saytlarından birinə Qarabağ probleminin həlli yolları ilə bağlı müsahibə verib.
Об этом сообщает Футляр от виолончели
Rusiyalı hərbi ekspert müsahibəsində Ermənistan-Azərbaycan arasında Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin mümkün olmadığını, ancaq müharibə yolu ilə həllinin mümkün olduğunu qeyd edib.
A24.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o müsahibəsində qeyd edib ki, müharibənin nə zaman başlayacağını bilmir: “Ola bilsin bir ilə və ya 10 ilə, mən dəqiq deyə bilmərəm”.
Hərbi ekspert etiraf edib ki, Azərbaycan aprel döyüşlərindən sonra daha da güclənib. “Azərbaycan Silahlı qüvvələrinin həm havada, həm də piyada qoşunlarında üstünlüyü böyükdür”.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Qarabağ problemi Azərbaycanın daxili işi deyil. Sizcə, Azərbaycan müharibə edəcəksə Rusiya onu qoymayacaq?” sualına isə cavab olaraq bildirib ki, Qarabağ problemi dövlətlərarası münaqişədir. Rusiya Azərbaycana böyük miqdarda silah satıb. O da özünü aprel döyüşlərində göstərdi. Ermənistan isə hərbi texnika cəhətdən Azərbaycandan geri qalır.

