Rusiyaya səfər edən ilk Səudiyyə kralı İrana mesaj verdi
05.03.2020 12:04Səudiyyə Ərəbistanı Kralı Salman Bin Əbdüləziz Rusiya prezidenti Vladimir Putin ilə keçirdikləri görüş haqda açıqlama verib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, “Əlaqələrimizi genişləndirmək, daha böyük məcralara aparmaq barədə qərarlıyıq”, – deyən Kral Salman Fələstin məsələsinə də toxunub və İrana mesaj göndərib:
“Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi barədə də danışdıq. Sülhün bərqərar olması üçün İran öz siyasətinə son verməli, yaxşı qonşuluq münasibətlərini davam etdirməli və beynəlxalq qanunlara tabe olmalıdır”.
Görüşdən sonra iki ölkə arasında “S-400” hava hücumundan müdafiə sistemlərinin alınması barədə razılığa gəldikləri barədə mətbuatda məlumatlar yayılıb.
Xəyalə Bünyatova // A24.Az

