Ruslarda Türkiyə qorxusu – İtkiyə məruz qoydu!
05.03.2020 12:04Türkiyə pomidorunun Rusiyaya ixracı qadağan edildikdən sonra Rusiya iqtisadiyyatına böyük ziyan dəydiyi açıqlanıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, rusiyalı mütəxəssislər “daha ucuz türk pomidorunun Rusiya bazarına geri qayıtması bizim yerli istehsalçılarımızın işinə yaramır”, – deyə hökuməti tənqid edib.
Hətta mövzu ilə bağlı Beynəlxalq İqtisadiyyat Akademiyası və Rusiya Xarici Ticarət Akademiyası tərəfindən hazırlanan ortaq hesabatda nəzərəçarpan rəqəmlərə yer verilib. Belə ki, hesabatlarda “Pomidor savaşları”nın Rusiyaya 1,5 milyard dollar, Türkiyəyə isə 1,7 milyard dollar itki verdiyi qeyd edilib.
Rusiyalı mütəxəssislər hər tərəfli araşdırmalardan sonra qadağanın hər iki ölkəni ciddi maliyyə itkisinə məruz qoyduğunu aşkarlayıb.
Qeyd edək ki, Rusiyada türk pomidorlarının ixrac edilməsinə qadağa qoyulandan sonra ölkə xalqı pomidora 3 qat daha artıq pul ödəyir. Türkiyə isə fərqli bazarlar tapsa da, pomidor ixracatının 10 faizini itirib. Bu mövzuda Türkiyənin daha uğurlu siyasət izlədiyi vurğulanıb. Belə ki, Rusiyaya satılmayan pomidorun Azərbaycan, Qazaxıstan, Belarus və Gürcüstana göndərildiyi bildirilib.

