Rza Zərrab haqqında daha bir iddia: Fahişə qadın üçün rüşvət verib
05.03.2020 12:04İranlı iş adamı Rza Zərrab haqqında daha bir iddia səsləndirilib.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, bu haqda “Hürriyet” yazarı Abdülkadir Selvi yazıb:
“Gözətçi özünün istirahət otağında bir saatlıq görüş təşkil edib. Gözətçi hüquqşunas geyimi ilə içəriyə fahişə qadın salıb. Zərrab isə gözətçinin otağında bir saata yaxın saxta hüquqşunasla görüşüb. Baş gözətçi bunu aşkar edib həbsxana rəhbərliyinə bildirəndən sonra Zərrab Bruklin həbsxanasına köçürülüb”.
Qeyd edək ki, “Halkbank”ın sabiq müdir köməkçisi Mehmet Hakan Atilla tərəfindən Zərrabın Nyu Yorkdakı həbsxanaya gözətçiyə rüşvət verərək narkotik maddə, spirtli içki və qadın tələb etdiyi iddia edilmişdi. Rza Zərrab da bu iddiaları qəbul etmişdi.

