Rza Zərrabın kodları çözüldü: Siyahıda Xomneyi, Əhmədnejat və türk nazirlər var
05.03.2020 12:042016-cı ilin mart ayında Mayamidə həbs olunan iranlı iş adamı Rza Zərrab məhkəmədə şahid olaraq ifadə verməyə başlayıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız Türkiyə mediasına istinadən xəbər verir ki, iranlı iş adamı məhkəmə zalına əlləri və ayaqları zəncirlənmiş halda məhbus geyimində gətirilib. Zərrabın ilk sözləri bunlar olub:
“Prokurorluq qarşısında 3 öhdəliyim var: həqiqətləri söyləmək, ABŞ hökuməti ilə əməkdaşlıq etmək və bundan sonra əsla günah işləməməkdir. 2016-cı ilin mart ayında həbs olunarkən FBİ-ya həqiqətləri demədim. Çünki nəylə qarşı-qarşıya olduğumu bilmirdim. Şoka düşmüşdüm, çox qorxmuşdum”.
İkinci məhkəmə prosesində isə Rza Zərrab əlləri və ayaqları zəncirdən açılmış şəkildə zala gətirilib. Bu isə həbs edilən türkiyəli bankir, Halkbanın keçmiş müdir köməkçisi Mehmet Hakan Atillaya şahidlik edən zaman baş verib.
Həbs edilmiş milyarder qeyd edib ki, 2011-ci ildən etibarən ABŞ sanksiyalarını yan keçməyə çalışan İranın tətbiq etdiyi sxem milyardlarla dollar toplamağa və Amerikanın təhlükəsizliyini təhdid etməyə şərait yaradıb.
Atillanın vəkili Viktor Rokko isə əlavə edib ki, Zərrab istintaqla işbirliyinə gedib və həbsxanadan çıxdıqdan sonra dövlətin himayəsinə sığınaraq, ailəsi ilə birlikdə ABŞ-da qalmaq imkanı əldə edə bilər.
Zərrabın əməkdaşlığını sübut edən fakt isə onun məhkəmə zalında çəkdiyi və iş birliyi qurduğu insanların təsvir edildiyi xüsusi cədvəldir. Cədvəldə Xomneyinin, Əhmədinejatın, Rza Recai və Hasan Çağlayan kimi tanınmış simaların adları qeyd edilib.
Saytımız həmin cədvəli təqdim edir:
Firuzə Alimova / A24.az

