Saakaşvili etirazçıların quraşdırdığı çadırda məskunlaşıb
05.03.2020 12:04Ukrayna Miqrasiya Xidməti bəyan edib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili özünün Ukrayna ərazisində hüquqi statusunun nizamlanması məsələsinə əhəmiyyət vermir və bu onun ölkədən çıxarılması üçün əsas ola bilər.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Saakaşvilinin vəkili bundan əvvəl Ukrayna Miqrasiya Xidmətinə ərizə ilə müraciət edərək, onun müdafiə etdiyi şəxsə əlavə mühafizə təyin edilməsini istəyib.
Ukraynanın baş prokuroru Yuri Lutsenko bildirib ki, vəkilin müraciəti lazımi qaydada tərtib edilməməsinə səbəbindən təmin olunmayıb.
Miqrasiya Xidməti həmçinin M.Saakaşviliyə qaçqın statusu verməkdən də imtina edib.
Bundan sonra Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna Ali Radasının qarşısında etirazçıların quraşdırdığı çadırlardan birində məskunlaşıb. O, müxalif siyasətçiləri də ona qoşulmağa çağırıb.

