Saakaşvili Ukrayna hakimiyyəti tərəfindən təqib edilməsindən yazdı
05.03.2020 12:05Odessa vilayətinin sabiq başçısı Mixayıl Saakaşvili Ukrayna hakimiyyəti tərəfindən təqib edildiyi barədə şikayət edib.
Об этом сообщает Руспрес
A24.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda o, şəxsi “Facebook” səhifəsində yazıb.
O bildirib ki, Kiyev Tiflisdən Gürcüstanın sabiq prezidentinin həbsi və ekstradisiyası axtarışı haqqında sorğu qeydə alıb.
“Baş prokuror Lutsenko Gürcüstanda prezidentliyim dövründə mənim həbs və ekstradisiya olmağım üçün sənədlərin hazırlanmasına başlayıb. Həqiqətən də Lutsenkodan başqa kim ola bilər ki? Mənim prezident olduğum dövrdə apardığım işləri ən yaxşı o bilirdi. Mənim təvazökar əməyimə yüksək qiymət verdiyiniz üçün təşəkkürlər, Yuriy Vutalyeviç”, – deyə Saakaşvili yazıb.
Bir müddət öncə Saakaşvilini Ukrayna vətandaşlığından məhrum etmişdilər. Tərəfdarlarının köməyi ilə o, Polşa-Ukrayna sərhədindən qaçıb. Onun haqqında qanunvericiliyin 5 maddəsi üzrə cinayət işi açılıb. Qeyri qanuni yolla sərhədi keçdiyinə görə məhkəmə Saakaşviliyə 130 dollar cərimə kəsib.
Minirə Qubatova //A24.Az

