Saakyan Talış kəndində, ordumuz hər an qondarma “başçı”nı məhv edə bilər
05.03.2020 12:05Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyan mayın 16-da Ağdərə rayonunun Talış kəndinə səfər edib.
Об этом сообщает Футляр от виолончели
A24.Az erməni mətbuatına istinadən xəbər verir ki, Bako Sahakyanın Talış kəndinə səfər etməkdə məqsədi, kənddə gedən abadlıq işləri ilə tanış olmaq və işlərin düzgün icrası ilə əlaqədar səlahiyyətli orqanların rəhbərlərinə müvafiq tapşırıq verməkdən ibarət olub.
Separatçı Qarabağ ermənilərinin icma başçısı Bako Sahakyanın Talışa səfərini şərh edən hərbi siyasi icmalçı Nəriman Qarayev A24.Az-a açıqlamasında bildirib ki, aprel savaşından sonra Talışda heç kim yaşamır: “Heç kim Talışa qayıtmaq istəmir. Bunlar da kənddə abadlaşdırma işləri görürlər ki, əhali geri qayıtsın. Talış kəndi təmas xətti boyunca mövqelərə ən yaxın olan kənddir. Ermənilər bu əraziləri işğal etdikdən sonra tutmuş olduqları mövqelər onlara bu kənddə yaşamağa imkan versə də, kənddə əsasən işğalçı erməni hərbi birləşləmələrində xidmət edən hərbiçilər və onların ailələri yaşayırdı. Kəndin yenidən canlanması üçün keçən ilin aprel ayından etibarən müəyyən işlər görməyə çalışıblar. Lakin Azərbaycan Ordusunun 2016-ci ilin aprelində sahib olduğu yüksəkliklər erməni hərbi birləşmələrə rahat yaşamaq və fəaliyyə göstərmək imkanından məhrum edib. Azərbaycan Ordusu mülki vətəndaşa güllə atmır.
Bu dəfələrlə hətta 90-ci illərdə belə əsgərimizin humanizmi müxtəlif KİV-lərdə qeyd olunub. Ancaq Ermənistan tərəfdən işğal olunmuş Azərbaycanın Qarabağ bölgəsində olan ermənilərinin tərkibində az da olsa o bölgədə yaşayan mülki əhali xidmətə cəlb edilir. Bu baxımdan kənddə təhlükəsiz həyat təminatı ermənilər üçün çox vacibdir. Eyni vəziyyət Madagiz və Tonaşen kəndlərində də hökm sürür.
Konkret olaraq əhalinin təmas xəttinə yaxın olan kəndlərə qayıtmaq fikri yoxdur. Təsəvvür edin, Tonaşen kəndində 38 nəfər sakin yaşayır, apardığımız araşdırmalar nəticəsində məlum olub ki, sakinlərin əksəriyyəti kənd rəhbərlərinin ailə üzvləri və kənddə xidmət edən hərbiçilərdir…”, – deyə N.Qarayev əlavə edib.
Orxan Aslanlı

