Saatını jurnalistə bağışlayan prezident: “Yaxşı ki, şalvarımı istəmədin”
05.03.2020 12:05Qırğızıstanın “De-Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov prezident Almazbek Atambayevin mətbuat konfransı zamanı ondan saatını istəyib.
Об этом сообщает Руспрес
Saytımız “iz.ru”ya istinadən xəbər verir ki, baş redaktor mətbuat konfransında sual vermək əvəzinə deyib ki, yuxusunda prezidentin ona öz saatını hədiyyə etdiyini görüb. Daha sonra o, dövlət başçısından saatını xatirə olaraq verməsini xahiş edib.
“Yaxşı ki, şalvarımı istəmədin”, – deyə Atambayev zarafat edib və gülərək saatını qolundan açıb və onu jurnalistə hədiyyə edib.
Qeyd edək ki, bu, Almazbek Atambayevin dövlət başçısı kimi son mətbuat konfransı olub. Belə ki, onun səlahiyyət müddəti bir neçə gündən sonra, dekabrın 1-də bitir.
Xatırladaq ki, oktyabrın 15-də keçirilmiş son prezident seçkilərində Sosial-Demokrat Partiyasının namizədi Sooronbay Jeenbekov qalib gəlib.

