Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sabaha olan hava proqnozu açıqlandı

05.03.2020 12:06

Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb.

Об этом сообщает Роспрес

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən A24.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq, bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 1-4° isti, gündüz  8-13° isti, Bakıda gecə 1-3° isti, gündüz  9-11° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 60-70 %, gündüz 50-55 % təşkil edəcək.

Rayonlarda hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olması gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacaq.