““Sabah”lar, bu, bədnam jurnalistlər tək deyil” – Xalq artistindən ermənipərəst yazara cavab
05.03.2020 12:06““Sabah” qəzetində ilk dəfə deyil ki, Azərbaycana qarşı qıcıqlandırıcı yazılar paylaşılır. Bu hal dəfələrlə təkrarlanıb və təbii ki, bu günlərdə “bəyəfəndinin” yazdığı materiallar da bəlli edir ki, bu adam öz fəaliyyətində tək deyil. Əfsuslar olsun ki, çalışdığı mətbuu orqan da onu dəstəkləyir. Davamlı olaraq Azərbaycana qarşı tənqidi fikirlər paylaşırlar”.
Об этом сообщает Роспрес
Bunu A24.az-a Xalq atisti Azərin Türkiyənin “Sabah” qəzetinin yazarının “Qarabağ” futbol klubunu və azarkeşlərini tənqid etməsinə münasibət bildirərkən deyib.
Azərin bildirib ki, bu şəxsin cavabını ən gözəl şəkildə elə Türkiyə xalqı verdi:
“Dünəndən bu məsələni sosial mediada izləyirəm, ən təsirli silləni həm o yazara, həm də “Sabah”a Türkiyə xalqı vurdu, səsləndirdiyi fikirlərlə. Bu onu təsdiq edir ki, belə şəxslər Azərbaycanla Türkiyənin arasını heç zaman vura bilməyəcək. Azərbaycanla Türkiyə hər zaman bir olub, bərabər olub, belə antifikirli adamlar da bizim fikrimizi Türkiyəyə qarşı mənfi tərəfə dəyişdirə bilməyəcək”.
Xalq artisti bu tip xəbərlərdən öz maraqları naminə istifadə edənlərə də münasibət bildirib:
“Əfsuslar olsun ki, bu xəbərlərdən məkrli məqsədlə istifadə edənlər də var. Sanki oturub bu tip yazıların yazılmasını gözləyirlər. Hər anı güdürlər ki, Türkiyə ilə Azərbaycanın arasını vurmaq üçün əllərinə nəsə keçə. Amma tarix artıq göstərir ki, buna da heç kim nail ola bilməyib, bilməyəcək də. Azərbaycanla Türkiyənin arasındakı bağ artıq dostluqdan da yüksəkdir, aramızda qan bağı, qardaşlıq bağı var. “Sabah” kimilər, bu bədnam jurnalistlər kimilərin yazılarını gözləyənlər heç zaman buna nail ola bilməyəcəklər”.
Zəhra

