Sabiq nazir HİDDƏTLƏNDİ: “Bank bağlamaq islahat deyil”
05.03.2020 12:06“Bank sistemində yaranmış indiki acınacaqlı durum ölkənin Mərkəzi Bankı tərəfindən zaman zaman həyata keçirilən yanlış pul-kredit siyasətinin məhsuludur”.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov bankların bağlanması məsələsini şərh edərkən deyib.
Sabiq nazirin sözlərinə görə, öncə manatın yersiz mökkəmlıəndirilməsinə yönəli siyasət illərlə ixrac potensialının formalaşmasına ciddi zərbə vurmaqla maliyyə sistemində dollarlaşmanı son həddə qədər yüksəltdi:
“Bu vəziyyətdə Mərkəzi bankın milli valyutanının iki dəfə ucuzlaşmasına səbəb olan iki kəskin devalvasiyaya getməsi isə onun tam səriştəsiz bir pul-kredit siyasəti apardığını bir daha ortaya qoydu”.
“Keçən ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur” deyən dövlət başçısı çox haqlı olaraq bankların fəaliyyətinə qeyri-kafi qiymət verdi”, – deyə Fikrət Yusifov əlavə edib.
İqtisadçının sözlərinə görə, Təəssüf ki, bu sferada mövcud olan problemləri həll etmək üçün yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının da fəaliyyətində vəziyyəti normallaşdıra biləcək ciddi heç bir addım gözə dəymir:
“Bank bağlamaq islahat deyil, bu heç bank sistemini sağlamlaşdırmaq da demək deyil”.
Fikrət Yusifov vəziyyətdən çıxış yolunu açıqlayıb:
“Bu gün iqtasadiyyat üzünü banklara tutub onlardan dəstək diləyir. Banklar isə elə bir duruma düşüblər ki, onların özünə dəstək verən gərəkdir. Bu vəziyyətdə xarici bankları bazara buraxıb onlardan öyrənmək və öyrənə-öyrənə bank sisteminin sağlamlaşmasına nail olmaq vəziyyətdən çıxışın bir yoludur”.
“Digər yol isə özümüzün koordinal addımlar atmaqla bank sistemində sağlamlaşmağa nail ola bilməyimizdir. Təəssüf ki, bu gün bank sistemində islahat adı altında aparılan işlər vəziyyəti düzəltmək əvəzinə onu bir qədər də ağırlaşdırır”, – deyə sabiq nazir bildirib.
Orxan

