Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sabiq polisin 16 yaşlı oğlu qəzanın qurbanı oldu

05.03.2020 12:06

Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Об этом сообщает Футляр от виолончели

Saytımız APA-ya istinadən xəbər verir ki, hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.

Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə etdiyi “Traktor” yolun kənarında dayanan “Vaz 2106” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən gəncin atası uzun müddət yol polisi işləyib.

Fakt araşdırılır.