Sabirabadda ağır qəza: ölən və yaralanan var
05.03.2020 12:06Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Об этом сообщает Руспрес
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Bulaqlı kəndi ərazisində “Qazel” markalı avtomobillə “KamAZ” markalı avtomobil toqquşub.
Nəticədə Saatlının Bəylik kənd sakinləri – 1972-ci il təvəllüdlü Abdullayev Əli Hüseynqulu oğlu və 1990-cı il təvəllüdlü Abdullayev Elmir İltifat oğlu xəsarət alıblar. Ə. Abdullayev xəstəxanaya aparılarkən ölüb. E. Abdullayev isə Sabirabad rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

