Sabirabadda qəza: qadın ağır yaralandı
05.03.2020 12:07Sabirabadda baş verən avtoqəzada 52 yaşlı qadın ağır xəsarət alıb.
Об этом сообщает Руспрес
A24.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun girişində “Opel” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub.
Nəticədə avtomobillərdən birində olan sərnişin, Saatlı rayonunun Məzrəli kənd sakini, 1965-ci il təvəllüdlü Əliyeva Qərənfil Əyyub qızı ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

