Sabunçu və Pirallahıda evdə yanğın olub
05.03.2020 12:07Bakınının Sabunçu və Pirallahı rayonlarında yanğın hadisələri baş verib.
Об этом сообщает Роспрес
A24.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Pirallahı rayonunda ümumi sahəsi 75 m2 olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunaraq, yanğın bölmələri tərəfindən söndürülüb.

