Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Saç kəsmirlər, cinsi əlaqədə olmurlar, az yemək yeyirlər… -FOTOLAR

05.03.2020 12:07

Nepalda yaşayan sadular digər insan qruplarından fərqlənir.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, Nepal meşələrini gəzərkən bütün materialist zövqləri kənara buraxaraq özlərini Tanrıya adamış insanları görə bilərsiniz. Onlar “sadu” adlanırlar. Parlaq görünüşləri, rəngli üz boyaları və bəzəkləri olsa da mümkün qədər sadə geyinməyə çalışırlar. Üzərlərindəki hər şey hinduizmin təməl dəyərlərini anladır. Danimarkalı fotoqraf Jan Moller Hansen sadular haqqında bunları deyib: “Onlar şəhər, kənd və meşələrdə yaşayırlar. Tapınaqlarda, ağacların altında və ya çay kənarında yatırlar”.

Sadulara dünyanın hər yerində hörmət  edirlər. Həyat şəraitləri çox kəskindir. Onlar saç kəsmirlər, cinsi əlaqədə olmurlar, az yemək yeyirlər və günlərinin böyük bir qismini meditasiya edirlər. Həyatda sadəcə 3 məqsədləri var: Kama (əyləncə), artha (praktiki məqsədlər) və dhatma (vəzifə).