Dünyanın ən uzun saçlı qadınlarından biri
05.03.2020 12:07Litvada yaşayan rus Alia Nasirova 2 metrdən uzun olan saçlarını pəri nağıllarındakı qəhrəmanlara oxşasın deyə həvəslə uzadır.
Об этом сообщает Руспрес
A24.Az Milliyet-ə istinadən xəbər verir ki, Rusiyanın Samara şəhərində anadan olan, ancaq Litvada yaşayan 27 yaşlı Alia saçını sanki ailədən biri kimi qəbul edir.
O qeyd edib ki, bu qədər uzunluqdakı saçlara qulluq etmək heç də asan deyil, amma saçlarını çox sevir.
Əri həyat yoldaşının saçları zərər görməsin deyə…
27 yaşlı Alia Nasirovanın əri İvan Balaban da arvadının uzun saçları ilə qürur duyduğunu deyir.
İvan Balaban arvadının uzun saçlarının zərər görməməsi üçün əlindən gələni edir.
Xüsusilə də gecə yatdıqları zaman nələr yaşadığını belə ifadə edib: “O uzun saçlara zərər verməmək və yataqda ona da yer vermək üçün az qala divara sarılaraq yatıram”.
Nasirova saçlarını uşaqlıqdan uzatdığını və pəri qəhrəmanları kimi olmaq istədiyini qeyd edib.

