Sağ əl niyə sol əldən üstündür? – Nihat Hatipoğludan AÇIQLAMA
05.03.2020 12:07Türk telekanallarından birində veriliş aparan tanınmış ilahiyyatçı Nihat Hatipoğlu canlı yayımda sagirdlərin suallarını cavablandırıb.
Об этом сообщает Руспрес
Nihat hocaya 4-cü sinifdə oxuyan şagirdin sualı isə belə olub: “Yemək yeyib-içərkən niyə sağ əlimizdən istifadə etməliyik?”
Tanınmış ilahiyyatçının cavabı isə həm maraqlı, həm də faydalı olub. Sağ əldən dolğun işlərdə, sol əldən isə təmizlik zamanı istifadə etdimizi qeyd edən Nihat Hatipoğlu bu zaman mövzu ilə bağlı özündən də misal gətirib. İlahiyyatçı “Bir insan solaxay da ola bilər. Məsələn, mən solaxayam və yazını sol əlimlə yazıram. Amma yeməyi sağ əlimlə yeyirəm, çünki atam mənə sağ əllə yeməyi öyrədib” deyə bildirib.
Lakin sol əllə yemək yeməyin günah olmadığını qeyd edən Nihat hoca belə əməllərin qəsdən edilməməsini vacib sayıb.
“A24.az” Nihat Hatipoğlunun verilişdəki izahını videogörüntüdə təqdim edir:

