Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Sağ qalan varmı?” – Emin Pirinin şeirlər kitabı nəşr edildi

05.03.2020 12:07

Şair Emin Pirinin şeirlər kitabı işıq üzü görüb. “Sağ qalan varmı?!” adlı kitabın redaktoru tənqidçi Əsəd Cahangirdi.
A24.Az xəbər verir ki, kitabda əsasən müharibə, sevgi və sosial yönümlü şeirlər toplanıb.
“Sağlam qalan varmı?” “Ədiblər yayımları” çərçivəsində nəşr edilib. Bu, eyni zamanda layihənin ilk kitabıdır.
Emin Pirinin yeni kitabından “Eşq ayələri şeirini təqdim edirik:

Об этом сообщает Футляр от виолончели

Baxışların məni istədiyi
operaya çevirən drijor,
əlim sinəmdə
himn oxumaq kimidi
Səni səsləmək.
Hər sevirəm kəlmən
“Oxu”,
“Eşqin adıyla oxu” kimi
səslənər qulağımda.
Hər gecə dodaqlarıma qoyduğun
sevgi vəhylərinin
Mən sorğu-sualsız Nəbisi.
Susayarsan gecəyarı
Durub şəklinə baxarsan.
Kəbə divarıtək
Üzümü sürtərəm-yanağın
mənim tövbə yerim.
Sevmək
Samovara atılan odun parçasıtək
Ürəyimin son çırpıntıları.
Səadət hər səhər
sevdiyinin gözlərində doğulmaqdı.
Mən “Big Bang” dan doğulmuş
işığına ac qalaktika,
qollarım planet
Sən Günəşə dolanır.
Sən olmayanda
əllərimi unuduram,
ayaqlarım məndən xəbərsiz
həyətinizdə ayaq izlərini sığallayır.
Adam ürəkdən yox
Çiyinlərdən və dizlərdən sevir
Bütün varlığınla başını qoymağa.
ən çox sevdiyin sözə çevrilər
körpə şıltaqlığıyla dediyi
dəli kəlməsi.
Baxışların qəlbimdə imza yeri,
Səni sevmək möbiüs lentidir-
Səndən sənə qaçıram.
Daha saatlar da geri çəkilmir
bir saat artıq qalasan.
Indi daha çox anlayırsan
Şekspirin obrazlarını.
Başını çıxarıb pəncərədən
qışqırmaq istəyirsən:
Oxuma torağay, oxuma.
inanma
ağzından çıxan kəlmələrə,-
Qadının dili ağzında yox,
gözlərindədi.
Tellərində maqnit qasırğası,
Barmaqlarım istiqamətini itirmiş
Kompas əqrəbidir indi.
Sənsiz yayın ortasında
dişlərim kilsə zəngi.
Iki min il sonra
Sənsizliyin çarmıxında
yerə enən İsayam…