“Sağlam düşüncə, sağlam həyat tərzi”
05.03.2020 12:07“Sağlam düşüncə, sağlam həyat tərzi”– gənclər arasında sağlam qidalanmağın təbliği layihəsi “Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi tərəfindən bu ilin may ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşərək həyata keçirilməyə başlayıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, layihənin məqsədi gənc nəslin qidalanmasının vəziyyətinin müşahidə etməklə, sağlam qidalanmanın əhəmiyyəti barədə şagirdlər, tələbələr, müəllimlər və valideynlər arasında məlumatlandırma və maarifləndirmənin təşkilidir. Sözügedən layihə 3 ay müddətində Bakı şəhəri ərazisində yerləşən müxtəlif təhsil müəssisələrindəki tələbə və şagirdlər arasında həyata keçirilir. Mövzu üzrə təlimlərin keçirilməsi üçün qruplarının formalaşdırılması məqəsdi ilə sosial şəbəkələrdə elanlar yayılacaq, seçim prosesi aparılacaq.
Seçim prosesinə maraqlı tərəflər cəlb ediləcək, yeniyetmə və gənclər arasında görüşlər və ilkin müsahibələr olacaq. Sonra məktəb, lisey, kollec, universitet və s. təhsil alan yeniyetmə və gənclər arasında sağlam qidalanma barədə geniş məlumatların yayılması, sağlam qidalanmaq haqqında geniş biliyin icmalara çatdırmaq üçün qeyd edilən təhsil müəssisələrində oxuyanlar arasında dəstək qruplarının formalaşacaq.
Formalaşmış dəstək qrupları üçün “Düzgün qidalanma haqqında məlumat”, “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlan qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” təlimlər təşkil olunacaq. Layihə bu ilin avqustunda yekunlaşacaq.

