Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sağlamlığa güc verən qidaların SİYAHISI

05.03.2020 12:07

Mütəxəssislər insan sağlamlığı üçün yararlı olan bitkilərin (meyvə-tərəvəzlərin) siyahısını hazırlayıblar.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, siyahıda 60-a yaxın bitki yer alıb.

Moruq – C vitamini, kalsium, dəmir, folikasitlə zəngindir. Virus və bakteriyalardan qoruyur, xərçəng yaranma riskini azaldır.
Avokado – Tərkibində doymamış yağ asidləri var. Ürək və qan dövranı üçün faydalıdır. Xərçəngdən qoruyur.
Kələm – C vitamini, az miqdarda B vitamini, kalsiumli ağ və qırmızı kələm immuniteti gücləndirir, streslə savaşır.
Noxud – Protein, maqneziumla boldur. Xolestrolu salır, bağırsaq xərçəngi riskini azaldır.
Brokoli – Maqnezium, A və C vitamini ilə zəngindir. Xərçəngdən qoruyur, əzələləri gücləndirir.
Qoz-findıq – B və E vitamini, dəmir var. Sakitləşdirir, yuxu gətirir və stresi azaldır.
Dana əti – Ətdə dəmir, protein var. O, soyuqdəyməni, öskürək və qripə qarşı yaxşı vasitədir.
Dəniz məhsulları – Tərkiblərində Omega3 yağ asidi olur. Xolestrolu tənzimləyir, infarkt riskini azaldır.
Pomidor – Folikasitlə zəngin olan pomidor xərçəngin bəzi növlərindən qoruyur, hüceyrəmi yeniləyir.
Alma – Dəmir, A-C vitamini mənbəyi olan alma immuniteti gücləndirir, infarkt riskini azaldır.
Alça – Dəmir və B vitamini ilə boldur. Bədəndəki artıq suyun çıxarılmasına yol açır, enerji verir.
Buğda – Buğda beyni və sinirləri bəsləyir, yaddaşı və zehni gücləndirir.
Lobya – Dəmir, kalsium, B və C vitamini, protein tərkibli bu məhsul qan və hüceyrə yaranmasına kömək edir.
Quş üzümü – Tərkibində C vitamini, kalsium var. Əsəb və immuniteti gücləndirir.
Qreyfurt – Folikasit, C vitamini var. Qan təzyiqini azaldır, qan yaradır.
Yerkökü – A vitamini var. Spermanı artırır, infeksiyalardan qoruyur.
İspanaq – A vitamini, folikasit, maqnezium, E vitamini ilə zəngindir. Sinirləri gücləndirir. Xüsusilə hamilələrə tövsiyə edilir.
Qovun – Maqnezium və kalsium tərkibli qovun bədəndə suyu tənzimləyir.
Qırmızı üzüm – Yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır.
İtburnu – C və E vitamini, dəmirlə boldur. Soyuqdəymə, qripə qarşı qoruyur.
Kivi – C vitamini və sairə başqa minerallar ilə zəngindir. Çəkini azaldır. İmmuniteti gücləndirir.
Limon – C vitaminin məbəyidir. Limon mədə xərçəngi riskini azaldır.
Göbələk – Kalsium, maqnezium tərkibli göbələk əzələləri gücləndirir, saç və dırnaqlara faydalıdır.
Mərcimək – Yorğunluğu aradan qaldırır, stresdən qoruyur.
Qarğıdalı – Maqnezium və B vitamini mənbəyidir. Streslə savaşır, bağırsaq xərçənginin qarşısını alır.
Banan – B6 vitamini, maqnezium var. Rahataladır və yatmağa kömək edir.
Çobanyastığı – C vitaminli çöl çiçəyi ürək xəstəliklərindən qoruyur, stresi azaldır.
Kartof – Tərkibində minerallar, C vitamini, protein var. Xərçəngdən qoruyur, bədəni toksinlərdən təmizləyir.
Pendir – Protein, kalsium var. Sümükləri gücləndirir, sinirləri qoruyur.
Portağal – Meyvə B və C vitamini, kalsium, seleniumla boldur. Bədəndəki artıq suyun ifraz edilməsinə kömək edir.
Sarımsaq – İmmuniteti gücləndirir.
Soya yağı – E vitamini, proteinli yağ xərçəng riskini azaldır.
Süd – Kalsium, D, A və B2 vitaminləri ilə zəngindir. Sümükləri gücləndirir, bağırsaq xərçənginə qarşı faydalıdır.
Qara turp – C vitamini, kalsium, dəmir mənbəyidir. İmmuniteti gücləndirir və qan dövranını yaxşılaşdırır.
Bibər – A və C vitamini ilə bol bibər baş ağrısının dərmanıdır.
Qatıq – Ağartı kalsium, B12 vitamini ilə zəngindir. Bağırsaq xərçənginə yoluxmadan qoruyur.
Yulaf – Tərkibində karbonhidrat, dəmir, maqnezium, B vitamini var. Enerjivericidir.
Zeytunyağı – Doymamış yağ asidi, E vitamini ilə zəngindir. Xolestrolu tənzimləyir, hüceyrələri qoruyur.