Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sahibi namaza getdi, mağazası soyuldu – Mingəçevirdə 100 minlik oğurluq

05.03.2020 12:07

Mingəçevir şəhərində oğurluq hadisəsi qeydə alınıb.

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, şəhərin 20 yanvar 168 küçəsində yerləşən qızıl mağazası soyulub.

Hadisə oktyabrın 25-də günorta saatlarında qeydə alınıb. Belə ki, oğru mağaza sahibinin ibadət vaxtı namaza getməsindən istifadə edərək, obyektin qapısını xüsusi üsulla açaraq içəri daxil olub. Qısa müddət ərzində mağazada olan bütün qızıl-zinət əşyalarını götürən cinayətkar aradan çıxıb. Dəymiş ziyanın 100 min manatdan çox olduğu bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma başlanıb. Artıq cinayətkarın kimliyi də hüquq-mühafizə orqanlarına bəllidir. Onun saxlanılması üçün müvafiq tədbirlər görülür.

(Yeniçağ)