Sahibkarların bank hesabları təhlükə qarşısındadır – Ekspert həyəcan təbili çalır
05.03.2020 12:07Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı açdığı bank hesabları təhlükə qarşısındadır.
A24.Az xəbər verir ki məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Об этом сообщает Роспрес
Onun sözlərinə görə, nağdlaşdırma ilə bağlı tətbiq edilən qadağalardan sonra sahibkarlar vəsaitlərinin əhəmiyyətli hissəsini bank hesablarında saxlamaq məcburiyyətində qalıblar:
“Sahibkarların prosesə hansı səviyyədə hazır olması və eləcə də mövcud infrastrukturun bu prosesi necə dəstəkləməsi məsələlələri artıq müzakirə edilib. Amma nə qədər maraqlı və qəribə olsa da mövcud qaydalara əsasən, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri sığortalanmır. Yəni, bir tərəfdən mövcud limitlər sahibkarları məcbur edir ki, pullarını bankda saxlasın, digər tərəfdən həmin bank müflis olarsa onun pulu özünə qaytarılmır”.
“1 il ərzində 10-dan artıq bankın bağlandığını və eləcə də bir sıra banklarda müflisləşmə riskinin qaldığını nəzərə alsaq, vəsaitlərinin nağdlaşdırılmasına imkan verilməyən sahibkarların pullarının qorunmaması onlar üçün əlavə risklər yaradır”, – deyə V.Bayramov əlavə edib.
Ekspert bildirib ki, bu baxımdan, əgər sahibkar pulunu bankda saxlamağa sövq edilirsə, o zaman onun vəsaitinin qorunması həyata keçirilməldir. Əks halda, belə görünür ki, Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarların pullarını bankdan çıxarmasına qadağalar tətbiq edir, amma o vəsaitlərin bankdakı taleyinə zəmanət vermir. Bu təbii ki, sahibkarların banklardakı pulları üçün əlavə risk yaradır. Bu baxımdan, fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin də qorunan vəsaitlər sırasına daxil edilməsinə ehtiyac var. Nağdsız islahatlar yalnız inzibati deyil, həmçinin sahibkarlara zəmanətlərin verilməsi formasında həyata keçirilməlidir.

