Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sahilə atılan ölü delfinlər partlayırlar – VİDEO

05.03.2020 12:07

Yeni Zelandiyanın Faruell burnu rayonunda ekoloji fəlakət baş verib: sahilə 400-ə yaxın qrind (Globicephala melas) atılıb. 

Об этом сообщает Руспрес

Saytımız “National Geographic”ə istinadən xəbər verir ki, delfinlər aşkar olunan zaman onlardan 200-ü artıq ölmüşdür. Sağ qalanları isə könüllülər suya qaytarmağa çalışıblar.

Delfinlərin dənizə qaytarılması yalnız qabarma zamanı mümkündür, digər mövsümlərdə isə sahildə sağ tapılan delfinlərə insanlar baxırlar, onların üzərinə su tökürlər və lazım olduqda çevirirlər.

Lakin bu dəfə qabarma lazım olan nəticəni göstərməyib. Xilas edilmiş onlarla delfin yenidən sahilə atılıb. Ekoloqlar hesab edirlər ki, qrindlər öz yaxınlarına çağırış siqnalları göndərirlər. Son bir neçə gün ərzində sahilə yüzlərlə delfin gəlib və onların sayı artıq 700-ə yaxınlaşıb.

Sahilə atılan və sağ qalan delfinləri ölüm gözləyir, burada onlara yemək çatmır.

Delfinlər öləndən sonra isə insanlar çətinliklərlə üzləşirlər. Belə ki, qrindlər çox nəhəng olurlar – uzunluqları 8,5 metrə, çəkiləri isə 3800 kiloqrama qədər çatır.

Mütəxəssislər onların qalıqlarını sahildən götürə bilmirlər. Uzun müddət sahildə qaldıqda isə ölü delfinlərin bədənində qazlar əmələ gəlir və onlar partlayırlar.

Qeyd olunur ki, delfinlərlə örtülən çimərlik bağlıdır, hazırda burada könüllülər işləyirlər.

Qrindlər sosial heyvanlardır və kollektiv davranış onlar üçün səciyyəvidir. Delfinlərin niyə sahilə atılaraq özlərini ölümə məhkum etmələri hələlik məlum deyil.