Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sakinlər Bakı – Astara yolunu bağladı – RƏSMİ AÇIQLAMA

05.03.2020 12:07

Bir neçə dəqiqə öncə Bakının Qaradağ rayonunda sakinlər Bakı-Astara magistral yolunu bağlayaraq uzun tıxac yaranmasına səbəb olublar.

Об этом сообщает Руспрес

A24.Az-ın qafqazinfo-ya istinadən məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sakinlər yerüstü keçidin tikilməsini tələb ediblər: “Üç gün öncə Səngəçal qəsəbəsi ərazisində 9 yaşlı oğlanı maşın vurub, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Bu gün isə qəsəbə sakinləri həmin hadisə ilə bağlı toplaşıblar. Onlar ərazidə yerüstü piyada keçidinin tikilməsini tələb ediblər. Sakinlərin toplaşması bir müddət yol hərəkətinə mane olub. Hazırda isə avtomobillərin hərəkəti bərpa edilib”.

K.Əliyev bildirib ki, sakinlərin tələbi ilə bağlı müvafiq qurumlar ərazidə sakinlərl müzakirə aparıblar.