Salyanda qəza: 26 yaşlı gənc dünyasını dəyişdi
05.03.2020 12:08Salyanda yol qəzası nəticəsində 1 nəfər həlak olub.
Об этом сообщает Футляр от виолончели
Saytımız Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisində “VAZ” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-ci il təvəllüdlü Qasımov Elvin Xalıd oğlunun cəsədini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 01:22-də başa çatıb.

